Baş Frontend Proqramçı
“PAŞA Sığorta” ASC namizədləri Baş Frontend Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
PAŞA Sığorta müştəri yönümlü platformalarının texniki inkişafına rəhbərlik edəcək təcrübəli və strateji baxışa malik Baş Frontend Proqramçı axtarır. Namizəd React ekosistemi üzrə dərin biliklərə sahib olmalı, mühəndislik üzrə ən yaxşı təcrübələri tətbiq etməli və performans, kod keyfiyyəti üzrə liderlik göstərməlidir. Bu vəzifə həm texniki bilikləri, həm də komanda rəhbərliyi bacarıqlarını tələb edir.
Vəzifə öhdəlikləri
- Texniki Dəstək
– PAŞA Sığorta-nın mövcud informasiya sistemlərinə davamlı texniki dəstək və inkişafın təmin edilməsi. - Kod Baxışı və Keyfiyyət
– Kodların dərin şəkildə yoxlanılması, təhlükəsizlik və standartlara uyğunluğun təmin olunması. - Problemlərin Həlli
– Sistem nasazlıqlarına operativ müdaxilə və davamlılığı təmin edən həllərin tətbiqi. - Məlumatların Yoxlanması
– Daxili sənədlərə uyğun şəkildə sistem məlumatlarının izlənməsi və bərpası. - Üçüncü Tərəflərlə İnteqrasiya
– Sistem dizaynı və tətbiqi mərhələlərində üçüncü tərəflərlə effektiv əməkdaşlığın təşkili. - Digər Tapşırıqlar
– Birbaşa rəhbərlik tərəfindən verilən əlavə İT infrastruktur tapşırıqlarının yerinə yetirilməsi.
Təhsil və ixtisas
Ali təhsil (bakalavr)
Sertifikatlar
Arzuolunandır
İş şərtləri
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Bilik və bacarıqlar
Texniki Bacarıqlar
- React ekosistemi və modern frontend arxitekturası üzrə dərin biliklər
- Next.js təcrübəsi – App Router, Server Components, Incremental Static Regeneration (ISR)
- TypeScript ilə yüksək səviyyəli proqramlaşdırma və komponent dizaynı
- SSR/SSG, API layer dizaynı üzrə praktik bilik
- Web performans analiz alətləri (Lighthouse, Web Vitals)
- Test strategiyalarının tətbiqi: Unit, Integration, E2E (Cypress, Playwright)
- Offline funksionallı Progressive Web App-ların hazırlanması təcrübəsi
- Modul sistemləri və monorepo idarəetməsi (Nx, Turborepo) üzrə biliklər
Soft Bacarıqlar
- Sübut olunmuş komanda rəhbərliyi və texniki mentorluq təcrübəsi
- Kod keyfiyyətinə nəzarət və performans optimizasiyasına yönəlik yanaşma
- Məhsul yönümlü düşüncə və strateji planlaşdırma
- Stakeholder-lərlə effektiv və aydın kommunikasiya bacarığı
- Təzyiq altında kritik problemlərin effektiv idarə olunması
Dil bilikləri
Azerbaijani, English
- Department
- TEXNOLOJİ HƏLLƏR DEPARTAMENTİ
- Locations
- Bakı
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.