İT İNFRASTRUKTURU DEPARTAMENTİ
·
Baki
İnformasiya sistemlərinə dəstək üzrə kiçik mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri İnformasiya sistemlərinə dəstək üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərdən daxil olan zənglərə və yazılı sorğulara operativ cavab vermək
- Sorğuların növünü, təcililiyini və əhəmiyyətini müəyyənləşdirərək düzgün istiqamətləndirmək
- Kompüter, noutbuk, printer, skaner və digər periferik avadanlıqlarla bağlı texniki problemləri həll etmək
- Şəbəkə ilə bağlı problemləri (LAN, Wi-Fi, Ethernet bağlantısı, və s.) diaqnostika və aradan qaldırmaq
- Cisco Call Center sistemləri (IP telefonlar, İstifadəçilərin yaradılması və s.) üzrə ilkin texniki dəstək göstərmək
- Windows Server sistemləri üzərində istifadəçi hesablarının idarə olunması
- İşə qəbul olunan yeni əməkdaşlar üçün kompyuterlərin hazılrlanması
- Active Directory üzərində istifadəçi, qrup və kompyuter obyektlərinin idarə olunması
- DNS, DHCP və digər əsas şəbəkə xidmətləri ilə bağlı ilkin sazlamaların və problemlərin araşdırılması
- Korporativ elektron poçt sistemlərinin (Microsoft Outlook, Exchange və ya digər platformalar) sazlanması və problemlərin aradan qaldırılması
- Mobil cihazların (Android/iOS) korporativ e-mail və VPN bağlantılarının qurulması və dəstəklənməsi
- Əsas və kənar ofislərə uzaqdan (Remote Desktop və s.) və yerində texniki dəstəyin göstərilməsi
- Təhlükəsizlik siyasətinə uyğun olaraq istifadəçi məlumatlarının və sistem konfiqurasiyalarının məxfiliyini qorumaq
- Jira Service Desk sistemində sorğuların qeydiyyatı, statusların yenilənməsi və istifadəçi məlumatlarının saxlanılması
- Problemlərin həllində gecikmə olduqda və ya kritik hal yarandıqda rəhbərliyi dərhal məlumatlandırmaq
Təhsil və ixtisas
Informasiya sistemləri, komputer mühəndisliyi və diqər əlaqəli ixtisaslar
Sertifikatlar
CompTIA A+, CompTIA ITF+ - arzuolunandır
CCNA - arzuolunandır
İTİL4 – arzuolunandır
Bilik və bacarıqlar
- Windows 10 və 11 əməliyyat sistemlərinin idarə olunması və texniki dəstəyi
- Microsoft Office proqramları (2013–2021) ilə yüksək səviyyədə işləmək bacarığı
- O365 istifadəçi hesabları və elektron poçt qutularının idarə edilməsi
- Microsoft Windows Server (2008–2016) sistemlərinin əsas idarəetmə bacarıqları (Domain, Active Directory, DHCP, DNS)
- Lokal şəbəkələr (LAN) üzrə əsas biliklər və problemlərin aradan qaldırılması
- Kompüterlərin və periferik avadanlıqların (printer, MFP, skaner və s.) texniki dəstəyi və istismarına nəzarət
Dil bilikləri:
- Azərbaycan dili – Əla
- İngilis dili – Əla
- Rus dili – Başlanğıc səviyyə
Diqər bacarıqlar:
- Analitik düşünmə və problemi tez müəyyənləşdirib həll etmə bacarığı
- Effektiv yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Stres altında işləmə və təzyiqə davamlılıq
- Komanda ilə işləmə və əməkdaşlıq ruhu
- Məsuliyyətli və nizam-intizamlı iş prinsipi
Namizədin keçmiş təcrübəsi
ən azı 1 il iş təcrübəsi
- Department
- İT İNFRASTRUKTURU DEPARTAMENTİ
- Locations
- Baki
İT İNFRASTRUKTURU DEPARTAMENTİ
·
Baki
İnformasiya sistemlərinə dəstək üzrə kiçik mütəxəssis
Loading application form
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.