PƏRAKƏNDƏ VƏ SATIŞ KANALLARI DEPARTAMENTİ
·
Şuşa nümayəndəliyi
Satış üzrə assistent (Şuşa nümayəndəliyi)
“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Şuşa nümayəndəliyi)” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
BİLİKLƏR
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
TƏCRÜBƏ
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
BACARIQLAR
• Ünsiyyət qurmaq bacarığı
• Dəqiqlik
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
- Department
- PƏRAKƏNDƏ VƏ SATIŞ KANALLARI DEPARTAMENTİ
- Role
- Satış üzrə assistent
- Locations
- Şuşa nümayəndəliyi
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.