Texniki Product Owner
Haqqımızda:
“PAŞA Sığorta” ASC Azərbaycanın sığorta bazarında tanınmış liderdir. Bu günə qədər şirkətin kapitalının dəyəri 50 milyon AZN təşkil edir. PAŞA Sığorta 300 000-ə yaxın fərdi və korporativ müştərilərə 36 növ icbari və könüllü sığorta xidmətləri təklif edir. Güvən və ən yüksək keyfiyyəti təmin etməklə peşəkarlığımıza əsaslanaraq uyğunlaşdırılmış sığorta həlləri təklif edirik.
İşin xülasəsi:
• Texniki Product Owner komandalar ilə sıx işləyərək məhsulun texniki tələblərini müəyyən edir, prioritetləşdirir və onların keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir.
• Məhsulun texniki yönünü təmsil edir və biznes ilə texniki komanda arasında körpü rolunu oynayır.
Vəzifə öhdəlikləri:
- Texniki tələbləri hazırlamaq və dəqiqləşdirmək. Sistem arxitekturası, API-lər, inteqrasiyalar və performans məsələlərinə fokuslanmaq.
- Biznes tələblərini anlamaq və texniki komandalarla əməkdaşlıq edərək spesifikasiyaları aydınlaşdırmaq və əhatəli sənədlər hazırlamaq:
-İstifadəçi hekayələri (user stories), texniki tapşırıqlar (technical tasks), və qəbul kriteriyalarını yazmaq. - -Tapşırıqları prioritetləşdirmək və dəyişiklikləri idarə etmək.
- Scrum komandası ilə gündəlik işləmək. Sprint planlama, daily stand-up, review və retrospective görüşlərində aktiv iştirak etmək.
- KPI və texniki metrikləri izləmək (məsələn, sistem performansı, səhv nisbəti, deployment tezliyi). Riskləri əvvəlcədən görmək və idarə etmək.
- Biznes tərəflərlə texniki məsələlərdə müzakirələr aparmaq.Tələbləri aydınlaşdırmaq və texniki izahlar vermək.
- Məhsulun bütün həyat dövrünə rəhbərlik etmək – tələblərin toplanması və təhlilindən başlayaraq test, buraxılış və buraxılışdan sonrakı dəstəyə qədər.
- Agile metodologiyaları əsasında məhsulun həyat dövrünü idarə etmək, məhsul backlog-unun idarə olunması, xüsusiyyətlər, təkmilləşdirmələr və texniki borcun prioritetləşdirilməsi ilə məhsulun uğurlu və vaxtında təqdim edilməsini təmin etmək.
- Komanda və maraqlı tərəflər üçün məhsulun inkişafını istiqamətləndirəcək aydın məhsul strategiyası, yol xəritəsi və vizyon hazırlamaq və ünsiyyət qurmaq.
- Bazar araşdırmaları, analizlər və hesablamalar aparmaqla məhsulun inkişafı və təkmilləşdirilməsi üçün tələbləri sənədləşdirmək və müəyyənləşdirmək.
- Məhsula dair təqdimatlar və hesabatlar hazırlamaq və təqdim etmək.
Bilik və Bacarıqlar:
- Ali təhsil: Kompüter elmləri, İT və ya əlaqəli sahədə
- API-lər, mikroservis arxitekturası, məlumat bazaları və sistem inteqrasiyaları haqqında anlayış.
- Jira, Confluence kimi alətlərdən istifadə bacarığı.
- Agile prinsipləri üzrə bilik və təcrübə.
- Müvafiq sahə üzrə 3il təcrübə tələb olunur.
- Texniki sənədlərin hazırlanması bacarığı.
- Güclü analitik və problem həll etmə bacarığı.
- Ünsiyyət və təqdimat bacarığı.
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması.
- Scrum Product Owner sertifikatı (CSPO, PSPO və s.) Arzuolunandır
Son müraciət tarixi: 05 iyul 2025
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin
- Department
- RƏQƏMSAL VƏ PƏRAKƏNDƏ BİZNES BLOKU
- Role
- Texniki Product Owner
- Locations
- Bakı
- Employment type
- Full-time
Already working at PASHA Insurance?
Let’s recruit together and find your next colleague.